Red Bull təkər testlərinin ikinci gününü tamamlayıb

Pirelli-nin gələn il üçün hazırladığı təkərləri 3 komanda - Mercedes AMG, Ferrari və Red Bull test edir. Testlərin nəticələri bütün komandalarla paylanılır və mövsüm başa çatdıqdan sonra bütün komandalar yeni təkərləri yoxlaya biləcəklər.

F-1.az xəbər verir ki, Red Bull komandası cümə axşamı və cümə günləri Əbu Dabidə Pirelli-nin testlərinə qoşulub. 2017-ci ilin reqlamentinə uyğunlaşdırılmış RB11-in sükanı araxasında hər iki gündə Pyer Qasli əyləşib.

Testlərin ilk günündə hava yaxşı olub. Sliklərlə işləyən Qasli Yas Marinada 81 dövrə vurub. Cümə günü isə səhər saatlarına hava nisbətən sərin və küləkli olub. Havanın hərarəti +36 dərəcə, asfaltın istiliyi isə +47 dərəcə olub. Qasli ilk günlə müqayisədə, daha çox məsafə qət edib. O, sliklərlə 103 dövrə vurub. Bu barədə Pirelli Motorsport-un rəsmi twitter bloqunda məlumat verilib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*