K.Maqnussen: “Haas-da çox xoşbəxtəm

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, amerikalıların heyətində ən gözəl Formula1 mövsümünü keçirir.

F-1.az xatırladır ki, danimarkalı sürücü karyerasına McLaren komandasında başlamış və daha sonra Renault komandasına transfer olunmuşdu. Maqnussen Formula1 tarixinin iki şanlı komandasının şərəfini qoruduqdan sonra 2017-ci ildə idmana yeni gələn Haas komandasına keçmişdi.

Kevin Maqnussen: “Mənim üçün çox uğurlu və gözəl bir il oldu. Bəzi vaxtlarda boliddən istədiyimiz nəricələri ala bilmədik. Xüsusən də etibarlılıq problemləri başımızı çox ağrıtdı. Bütün bunlara baxmayaraq, hələ də 6-cı olmaq şansımız var. Əbu Dabi çox gözəl trasdır və gözəl nəticə almaq mümkündür. Problemlər yaşamasaq, asanlıqla 6-cı ola bilərdik. Amma hələ şansımız var və özümüzə güvənirik. Ümid edirəm ki, hədəfimizə çatarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*