Ferrari-nin sürücüləri Aldar Properties-in tədbirinə qatılıblar

Adətən cümə günü Formula1 Monakoda istirahət edir, bu gün şəhər küçələrində Porsche Super Kubokunun və GP2 seriyasının sürücüləri yarışıblar, Formula1 […]

Adətən cümə günü Formula1 Monakoda istirahət edir, bu gün şəhər küçələrində Porsche Super Kubokunun və GP2 seriyasının sürücüləri yarışıblar, Formula1 sürücüləri isə mühəndislərlə birlikdə dünən topladıqları məlumatalrı təhlil ediblər. Amma bəzi komandalar sponsorların müəyyən tədbirlərində iştirak ediblər.

Ferrari komandasının mətbuat xidmətinin yaydığı xəbərə görə, texniki personalın işi səhər saat 9:00-da başlayıb, Felipe Massa və Fernando Alonso isə bir az sonra onlara qoşulublar – sürücülər Skuderiyanın sponsorlarından biri Aldar Properties şirkətinin icraçı direktoru ilə görüşdə olublar, görüşdə Ferrari-nin Abu Dabidəki mövzu parkının maketi nümayiş etdirilib.

Bundan sonra sürücülər çoxsaylı azarkeşlər üçün avtoqraflar veriblər və komandanın ixtiyarına qayıdıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*