D.Kulthard: Red Bull-un cəzası ağırdır

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Red Bull-a verilən cəza çox ağırdır.

F-1.az xatırladır ki, Red Bull keçən il büdcə limitini keçdiyi üçün 7 milyon dollar pul cəzası və aerodinamik boruda işləmə vaxtş 10 faiz azaldılıb.

Lakin bu cəza əksəriyyəti razı salmayıb. Mercedes və McLaren komandaları cəzanın az olduğunu düşünürlər.

Devid Kulthard: “Formula1 aerodinamikadan asılıdır. Əsas fəlsəfələrinin isə “aero kraldır” olduğunu sizə deyirəm. Buna görə də aerodinamik boru vaxtının azaldılması sizə təsir edəcək. Düzdür, bolidininz sürətlidirsə, ilk yarışlarda sizə təsiri çox olmaz, amma il ərzində komandaların inkişaf tempini nəzərə alsaq, son yarışlarda onluğa düşmək belə çətinləşə bilər.

Məncə, bu çox ağır cəzadır. Ancaq FİA və Red Bull bu cəzanı öz aralarında razılaşdırdılar. Heç olmada cəzanın nə olduğunu bildik. Amma Ferrari bir neçə il əvvəl motora görə qapalı qapılar arxasında cəzalandırıldı və cəzanın nədən ibarət olduğunu bilmədik. İndi ən azından şəffaflıq var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*