D.Rikkardonun Çindən böyük gözləntisi var

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, ardıcıl yarışları sevir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Bəhreyn yarışının 2-ci dövrəsində batareya problemi yaşamış və mübarizəni erkəndən dayandırmışdı.

Daniel Rikkardo: “Ardıcıl yarışları sevirəm. Belə olanda yarış gününü çox gözləmirsən. İlk yarışda gözəl nəticə alanda o əhval-ruhiyyə ilə seriyanı davam etdirmək istəyirsiniz. İlk yarış pis keçəndə isə növbəti yarışda bunu kompensə etməyə çalışırsınız.

Şanxayda yaxşı yarışlarım olmayıb. Lakin son dövrlərdə burada özümü yaxşı hiss edirəm. Texniki cəhətdən çətin trasdır və ilk iki döngədə işlər daha çətin ola bilər. Ön təkərlərə nəzarət etmək çox önəmli olacaq. Burada podiuma yüksələ bilməmişəm. Lakin tempim yaxşıdır və RB14 ilə ilkə imza ata bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*