Ferrari 2021-ci ilə hazırlaşır?

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, ilk yarışlarda zəif olsalar, 2021-ci ilə fokuslanacaqlar.

F-1.az xatırladır ki, italiyalı komanda rəhbəri daha əvvəl bildirmişdi ki, bolidləri Mercedes və Red Bull-a nisbətən zəifdir.

Mattia Binotto: “2020-ci ildə rəqibimizə çatmaq istəyimiz 2021-ci il layihəmizə necə təsir edəcək? Bu, gözəl sualdır. Mövsümün əvvəlindəyik və çalışacağıq ki, maksimum nəticə qazanaq. Çünki bolidin zəif yönlərini anlamaq lazımdır. Ümid edirəm ki, bunu tezliklə müəyyənləşdirərik. Bir neçə yarışdan sonra fərqin böyük olduğunu görsək, növbəti mövsümə hazırlaşmağı nəzərə alacağıq. Hazırda planımız 2020/2021-ci illəri əhatə edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*