Ş.Lekler: Acgözlük etdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, acgözlük etməsi ona baha başa oturub.

F-1.az xatırladır ki, monakolu sürücü İmoladakı yarışda 3-cü yerdə gedərkən, Peresə hücumlar edib və Variante Alta şikanında yerində fırlanaraq, geriləyib. Yekunda 6-cı yeri tutan monakolu sürücü bu il ilk dəfə podiumsuz qalıb.

Şarl Lekler: “Heyif oldu. Yerimdə fırlanmadan əvvəl baş verən hər şey yarışın bir hissəsi idi. Yerimdə fırlanmamalı idim. Üçüncü yer mənim üçün maksimum idi. Daha yaxşı nəticə üçün tempimiz yox idi. Acgözlülük etdim və dərsimi aldım. Yeddi xal itirdim. Heyif oldu. Bu xallar çempionatın sonunda özünü göstərə bilr. Bir də etməməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*