F.Alonso: “Riyazi şanslarım hələ qalır”

Kanadada Fernando Alonso mövsümdə ilk dəfə xal qazana bilməyib – ispaniyalı sürücünün titul uğrunda mübraizədə vəziyyəti lap pisləşib. Hazırda Alonso […]

Kanadada Fernando Alonso mövsümdə ilk dəfə xal qazana bilməyib – ispaniyalı sürücünün titul uğrunda mübraizədə vəziyyəti lap pisləşib. Hazırda Alonso 92 xal uduzur və şəxsi hesabda yalnız 5-ci yerdə gedir, amma nə qədər riyazi şans varsa, mübarizədən imtina etmək fikrində deyil.

Fernando Alonso: “Biz mübarizdən imtina etmirik, riyasi şanslarım hələ qalır. Keçən illərdə biz liderlərin yarışdan kənar qalmalarını görmüşdük, 2010-cu ildə Həmilton Monsa və Sinqapurda xal qazanmamışdı, mən isə bu yarışlarda qələbə qazanmışdım, əgər Fettel iki dəfə finiş görməsə və mən iki qələbə qazansam, onda geriqalma kəskin azalacaq.

Təəssüf ki, indi heç də hər şey bizim əlimizdə deyil, bizə Red Bull sürücülərinin yarışdan kənar qalmaları lazımdır ki, uğur qazanaq. Əgər bu olmasa, onda bu komandanın çempionluğa əla şansları var. Biz isə hər bir yarışda podiuma can atmalıyıq və qələbə uğrunda mübarizə aparmalıyıq.

Əgər Kanada yarışı quru trasda keçsəydi, qələbə çox mümkün idi, yağış altında isə çox şey bəxtdən asılıdır. Birinci dəfə keçid təkərləri alanda hələ qələbəyə ümid edirdik – amma bəxt bizdən üz döndərdi, lakin Valensiyada qayıda bilər və onda biz qalib gələcəyik. Biz buna ümid edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*