18 Dekabr 2018, Çərşənbə axşamı - 23:18

Erkən çıxan damalı bayraq Kanada yarışını qısaldıb

Erkən çıxan damalı bayraq Kanada yarışını qısaldıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:15 - 11 İyun, 2018

Kanada yarışında erkən çıxan damalı bayraq yarışın 68 dövrə üzərindən hesabanmasına səbəb olub.

F-1.az xatırladır ki, 70 dövrəlik yarışın 69-cu dövrəsində çıxan damalı bayraq yarışın lideri Fetteli təəccübləndirib və almaniyalı sürücü radiodan komandasına bu barədə dərhal məlumat verib. Bu dəyişikliyə görə yarışın ən sürətli dövrəsini vurmuş Rikkardonun nəticəsi sayılmayıb və ən sürətli dövrə Maks Ferstappenin aktivinə yazılıb.

Sebastyan Fettel: “Yaxşı ki, boliddə dövrə sayğacı, pit tablosu və radiomuz yaxşı işlədi. Radio işləməsəydi, pit tablosu orada olmasaydı, sürəti azalda bilərdim və rəqiblərin də sürəti azaltmasını gözləyərdim. Qorxdum ki, fanatlar trasa girər. Çünki hamımız çox sürətlə gedirdik. Böyük ekrandan damalı bayrağı gördüm və qrafikalarda son dövrə yazılırdı. Onda bir az çaşdım və mənə sürətimi aşağı salmamağımı dedilər. Marşallardan bəziləri artıq qələbəni qeyd edirdilər. Bir az tələsdilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər , , ,
Paylaş

logo