22 İyul 2019, Bazar ertəsi - 14:38

Azərbaycan-2019: İkinci sərbəst yürüşlər

Azərbaycan-2019: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:45 - 26 Aprel, 2019

Bakıda hava qənaətbəxşdir, işləmək üçün əla şərait yaradır. İlk sessiyadan istifadə edə bilməyən komandalar startdan etibarən sürücülərini dərhal trasa buraxıblar.

F-1.az bildirir ki, ilk məşqlərdə qəzaya uğrayan Corc Rasselin maşınını bu sessiyaya çatdırmaq mümkün olmayıb. Asfaltın vəziyyəti rezin qatı ilə örtüldüyü üçün daha yaxşı olsa da, sürücülər tez-tez səhvlərə yol veriblər. Əvvəlcə Bottas ikinci döngədə idarəetməni itirib. Bir qədər sonra isə Ləns Stroll həmin yerdə qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb.

Fasilə 9 dəqiqə davam edib. Rikkardo və Qrojan idarəetməni itirərək təhlükəsizlik ciblərinə girsələr də, trasa qayıda biliblər. Sona yarım saat qalmış Daniil Kvyat 7-ci döngədə qəza edib. Yaşıl işıqlar 13 dəqiqə sonra yandırılıb və sürücülər proqramlarını davam etdiriblər. Son dəqiqələrdə Covinatsi, Qrojan və Qaslinin trasdan çıxmaları sarı bayraqlara səbəb olub.

Sessiyaya Şarl Lekler başçılıq edib – 1:42.872. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
116Şarl LeklerFerrari1:42.87228
25Sebastyan FettelFerrari1:43.196+ 0:00.32428
344Lyuis HəmiltonMercedes AMG1:43.541+ 0:00.66931
433Maks FerstappenRed Bull1:43.793+ 0:00.92124
577Valtteri BottasMercedes AMG1:44.003+ 0:01.13131
626Daniil KvyatToro Rosso1:44.177+ 0:01.3059
755Karlos SaynsMcLaren1:44.183+ 0:01.31127
823Aleksander ElbonToro Rosso1:44.216+ 0:01.34433
910Pyer QasliRed Bull1:44.240+ 0:01.36824
104Lando NorrisMcLaren1:44.295+ 0:01.42332
1120Kevin MaqnussenHaas1:44.901+ 0:02.02925
1299Antonio CovinatsiAlfa Romeo1:45.366+ 0:02.49431
1311Serxio PeresRacing Point1:45.436+ 0:02.56428
147Kimi RəykkönenAlfa Romeo1:45.482+ 0:02.61030
153Daniel RikkardoRenault1:45.483+ 0:02.61115
168Roman QrojanHaas1:45.618+ 0:02.74631
1727Niko HülkenberqRenault1:46.717+ 0:03.84524
1818Ləns StrollRacing Point1:47.875+ 0:05.0038
1988Robert KubitsaWilliams1:48.111+ 0:05.23927
2063Corc RassellWilliams0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 230
Teqlər , , , , , ,
Paylaş

logo