D.Rikkardo koronavirusa yoluxub

McLaren komandasının sürücüsü Daniel Rikkardo koronavirusa yoluxub.

F-1.az xatırladır ki, Daniel Rikkardo mövsümöncəsi ikinci testlərdə sükan arxasına keçməli idi, amma özünü yaxşı hiss etmədiyi üçün dördüncü gün trasa çıxmayıb. Lakin avstraliyalı sürücünün səhhəti dünən də düzəlməyib və o yenə bolidə otura bilməyib. Daniel buna görə Covid-19 testi verib və nəticə pozitiv çıxıb.

Komanda bu barədə belə açıqlama verib: “Daniel Rikkardonun Covid-19 testi pozitiv çıxıb və o özünü təcrid edəcək. O, Bəhreyn Qran-Prisindən əvvəl təcriddən çıxacaq. O, artıq özünü yaxşı hiss edir. Onun tezliklə sağalmasını istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*