H.Marko da koronavirusa yoluxub

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, fevral ayında koronavirusa yoluxub və 10 gün müalicə olunub.

F-1.az bildirir ki, Çinin Uxan şəhərində əmələ gələn Kovid-19 pandemiyası əksər ölkələrdə minlərlə adamın ölümünə səbəb olub. Hazırda dünyada bu xəstəliyə yoluxan 500 minə qədər adam var.

Helmut Marko: “Fevralda mənə soyuq dəymişdi və pis öskürürdüm. Vəziyyət on gün davam elədi və ilk dəfə belə halla üzləşirdim. İndi isə əminəm ki, koronavirusa yoluxubmuşam”.

Marko əmindir ki, xəstəliyə qarşı immunitet qazanıb: “Dubayda hava limanında bütün dünyadan insanlar var idi və basabasda adamın üstünə öskürüb ya da asqırırdılar. Bəzən səhvən toxunurdular. Melburndan qayıdanda da belə halla üzləşdim. Ancaq virusa yoluxmadım. Əgər immunitetim olmasaydı, orada koronavirusa yoluxmalı idim. Əgər əvvəlki xəstəliyim koronavirusdursa, deməli qocalar da bunu keçirib sonra həyata davam edə bilirlər. Əsas odur ki, panikaya düşməyəsən. Hazırda özümü daha yaxşı hiss edirəm. Meşədə odun kəsirəm və istirahət edirəm. Hazırkı vəziyyətdə buna ehtiyac var.

Hazırda Qratsda həyat dayanıb. Dörd otelimi və kafelərimi bağlamalı oldum. Hazırda oranı alternativ klinika kimi hazırlatdırıram. Ancaq insanlar yenə də qorxurlar və özlərini müharibədəki kimi hiss edirlər”.

Xatırladaq ki, daha əvvəl Flavio Briatore də koronavirusa yoluxduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*