H.Marko: “Kvyat hazırkı sürücülərimizdən güclüdür”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniil Kvyat hazırkı Toro Rosso komandasının sürücüləri Hartli və Qaslidən güclüdür.

F-1.az xatırladır ki, Kvyat 2017-ci ilin ABŞ yarışından sonra Red Bull-dan birdəfəlik qovulmuş və bundan sonrakı yarışlara Hartli və Qasli cütü ilə çıxan Toro Rosso komandası heç bir yarışda xal qazana bilməmişdi.

Helmut Marko: “Kvyatın Toro Rosso-dakı debütü və Red Bull-dakı ilk mövsümü onun güclü olduğunu göstərir. Amma daha sonra təkərlərlə və əyləclərlə bağlı problemlər yaşadı. Bu problemlər Rikkardoda olmurdu. 2016-cı ildə Toro Rosso komandasına qayıtdıqdan sonra performansı çox pis düşdü. Nə olduğundan xəbərim yoxdur, amma psixoloji cəhətdən problemləri var idi və var qüvvəsi ilə yarışa bilmirdi. Birdən sürətini itirdi. Onu qazanmaq üçün çox şey etdik, amma işə yaramadı. Ona nə oldu bilmirik. Buna görə də yollarımızı ayırmaqdan başqa çarəmiz qalmamışdı. Heç kimin məsləhətinə qulaq asmırdı. Belə olan halda onunla işləmək mümkünsüz idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*