19 Oktyabr 2019, Şənbə - 13:41

N.Hülkenberq 2016-cı ildə karyerasında ilk dəfə podiuma yüksəlmək istəyir

N.Hülkenberq 2016-cı ildə karyerasında ilk dəfə podiuma yüksəlmək istəyir

Müəllif: Elçin Zodorov, redaktor

19:50 - 16 Yanvar, 2016

Force İndia komandasında çıxış edən pilot 2010-cu ildə Braziliya Qran Prisində poul qazansa da, karyerası boyu heç vaxt podiuma yüksələ bilməyib…

F-1.az xəbər verir ki, Formula 1-də 2010-cu ildə Williams komandasında debüt edən Niko Hülkenberq 2011-ci ili Force İndia-nın test pilotu kimi keçirib. Qalan 5 mövsüm ərzində 96 yarışa qoşulub və 94 dəfə start alıb. Çıxdığı yarışlarda ümumilikdə 290 xal toplayıb.

N.Hülkenberq: “Səhvlərimdən nəticələr çıxarmalı və daha yaxşısını etmək üçün çalışmalıyam. Bəzi şeylər bizdən asılı olmur. Amma mən növbəti mövsümdə karyeramın ən yaxşı mövsümünü keçirmək və podiuma yüksəlmək istəyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.

Alman pilotun yarışlarda tutduğu ən yüksək yer 4-cü yerdir. O, buna 2 dəfə – 2012-ci ildə Belçika Qran Prisində və 2013-cü ildə Koreya Qran Prisində nail olub.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 480
Teqlər , , , , ,
Paylaş

logo