Texniki direktor vəzifəsini əvvəllər Ferrari və McLaren ilə çalışmış David Sançes tutur, FİA-dan Enstoundakı komandaya keçən Ceyson Sommervil isə onun müavini olub. Yarış direktorunun funksiyalarını Deyv Qrinvud yerinə yetirir – o, finlandiyalı Ferrari-də çıxış etdiyi dövrdə Kimi Rəykkönenin yarış mühəndisi idi.
Bu il Alpine öz tarixində ilk dəfə Mercedes-in müştəri güc qurğularından istifadə edir və bu da komandaya Mühəndislər Kubokuda 6-cı yerə yüksəlməyə imkan verib. İstisna deyil ki, mövsümün ikinci yarısında komanda Racing Bulls-u də qabaqlaya bilsin.
Tərəqqi göz qabağındadır, xüsusən də uğursuz keçən ötən mövsümlə müqayisədə. Briatorenin sözlərinə görə, mühəndislik departamentinin gücləndirilməsi prosesi davam edir, amma Alpine-də səs-küylü adlara malik texniki mütəxəssisləri dəvət etmək niyyətində deyillər.
“Biz texniki tərəfi gücləndirməklə məşğuluq, çünki mühərrikimiz var və indi texnologiyalarımızın səviyyəsini yüksəltməliyik, – deyə Briatorenin sözlərini RacingNews365 sitat gətirib. – Mən Alpine-ə gələndə vəziyyət heç də yaxşı deyildi, komandadan çoxlu mütəxəssis ayrılmışdı, kadr dəyişiklikləri həddən artıq çox idi, rəhbər heyət isə hər il dəyişirdi. Ümumiyyətlə, sabitlik yox idi.
Güclü texniki komandanı tədricən formalaşdırmaq, yenidən sabitliyə nail olmaq və işin keyfiyyətini artırmağa çalışmaq lazım idi. Biz hər sahədə irəliləyiş əldə etməliyik – təkmilləşdirməyə ehtiyac olan hansısa bir sahə yoxdur. Qalib gəlmək istəyiriksə, bunların hamısı vacibdir.
Biz hələ o səviyyəyə çatmamışıq, amma işləməyə davam etməliyik, ilk növbədə komandanın təməlini yenidən təşkil etməklə məşğul olmalıyıq, bu isə vaxt tələb edir. Bizə təcrübəli mütəxəssislər lazımdır, onları axtarırıq, amma bu, elə də asan məsələ deyil.
Bizə məşhur mühəndislər yox, sadəcə yaxşı mütəxəssislər lazımdır, çünki təsirli karyera keçmişi hər zaman yaxşı olmur. Formula1 canavarlar yaratmağa qadirdir və belə bir canavarın nəyəsə nail olub-olmayacağı yalnız bir müddət sonra bəlli olur.
Hamı bilir ki, Aston Martin-də dünyanın ən yaxşı mütəxəssisləri çalışır, Lourens Stroll Silverstounda yeni baza tikərək və digər işləri görərək inanılmaz iş görüb, amma bu, komandanın nəticə qazanacağı anlamına gəlmir. Buna görə də biz heç vaxt belə bir canavarı dəvət etməyəcəyik.
Vaxtilə komandamızdan Ross Braun, Bob Bell, Pət Simonds və Ceyms Əllison kimi məşhur simalar çıxıb. Biz öz yolumuzu tapmışıq və indi məşhurları axtarmırıq – ilk növbədə vacib olan texniki mütəxəssislər kollektivinin bir yumruq kimi birləşməsi və nəticə qazanmasıdır.
Buna vaxt lazım olacaq, amma on il yox, iki və ya üç il. Mən Benetton-a ilk dəfə gələndə də (1988-ci ildə), Renault-da da (2000-ci illərdə) eyni işlə məşğul olmuşuq.
Mən Alpine-ə gələndə komandada 1300 nəfər işləyirdi, indi isə təxminən 900 nəfərdir, çünki bizə aidiyyəti olmayan 400 nəfər var idi. Ümumiyyətlə, komandanın strukturunun dəyişdirilməsindən danışırıqsa, bu, əvvəlcə çox ağrılı keçən bir prosesdir, amma indi məqsədimizi görürük və ona doğru irəliləyirik”.





