Avstriya yarışından sonra 11 sürücü stüardların yanına çağırılıb

Avstriya yarışından sonra 11 sürücü stüaedların yanına çağırılıb

F-1.az bildirir ki, stüardlar 3 insidentə görə sürücüləri izahat verməyə çağırıblar.

1. Corc Rassell və Kimi Rəykkönen müdafiə olunarkən, əyləcləmə zonasında trayektoriyalarını bir neçə dəfə dəyişiblər…

2. Kimi Rəykkönen və Sebastyan Fettelin toqquşması…

3. Həmin toqquşma zamanı Serxio Peres, Karlos Sayns, Daniel Rikkardo, Pyer Qasli, Şarl Lekler, Nikolas Latifi, Antonio Covinatsi və Nikita Mazepin qoşa sarı bayraqlar yellənən zonada kifayət qədər sürətlərini azaltmayıblar…

Reqlamentdə cüt qoşa bayraqlara görə sürücülərə +10, +30 saniyə cərimədən əlavə, hətta növbəti yarışın startında yer itirmək cəzası da verilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*