15 Dekabr 2019, Bazar - 06:43

Yay tətilində 1.7 milyon Avroya qənaət edilib

Yay tətilində 1.7 milyon Avroya qənaət edilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:34 - 17 Avqust, 2009

Mövsümün əvvəlində məsrəflərin azaldılması tədbirləri müzakirə olunarkən, FOTA üzvü olan komandalar ikihəftəlik müddət ərzində işlərin tam dayandırılması üzrə razılıq əldə […]

Mövsümün əvvəlində məsrəflərin azaldılması tədbirləri müzakirə olunarkən, FOTA üzvü olan komandalar ikihəftəlik müddət ərzində işlərin tam dayandırılması üzrə razılıq əldə etmişdilər. Avqustun 3-dən 16-na kimi Williams və Force İndia komandaları da daxil olmaqla bütün bazalar bağlanmış, əməkdaşlar isə məzuniyyətə göndərilmişdilər. Bir tərəfdən bu tədbir çempionatın Avropa əmək qanunvericiliyinə uyğunsuzluq məsələsini aradan qaldırır, digər tərəfdən böyük məbləğlərin qənaət olunmasına şərait yaradır. Toyota komandasının başçısı Con Hauett F1Racing jurnalının müxbirinə vəziyyəti şərh edib…

Con Hauett: “Kondisioner sistemini söndürməklə, elektrik enerjisindən istifadəni və digər gündəlik məsrəfləri məhdudlaşdırmaqla dörd həftə ərzində biz 3.5 milyon Avroya qənaət etmişik, yəni ikihəftəlik fasilə məsrəfləri 1.7 milyon Avro azaldıb. Macarıstan Qran Prisindən sonra əməkdaşların 90%-ni məzuniyyətə buraxdıq və bunun müsbət effektini gözləyirik. Testlərdə işləyən mühəndis və mexanik qrupları ixtisara düşəndən sonra yarış komandasının işi artıb – onlar yanvardan noyabra kimi fasiləsiz işləyirlər, ona görə də bu fasilə vacib idi.

Komandalar FOTA çərçivəsində razılaşa bildilər. Bu Formula1 və çempionat iştirakçıları üçün müsbət addımdır, bizim hamımız mövsümün gərgin final hissəsi qarşısında qüvvə toplamalıydıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 231
Teqlər
Paylaş

logo