ABŞ-da daha bir yarış olacaq?

Bu mövsüm ABŞ-da 3 yarış baş tutacaq, lakin gələn il bu say yenə arta bilər.

F-1.az bildirir ki, Atlantik-Sitidə, keçmiş Bader Fild hava limanının ərazisində Formula1 standartlarına cavab verən dörd kilometrlik yeni Formula1 trası tikilir. Çərşənbə günü axşam şəhər şurası avtodromun tikintisinə icazə verib. Layihənin dəyəri 2,7 milyard dollardır.