Ə.Dəvidson: “Avtoidmanın inkişafı Formula1-dən aslıdır”

Sabiq Formula1 sürücüsü Əntoni Dəvidson bildirib ki, avtoidmanın inkişafı və uğuru Formula1-dən asılıdır..

F-1.az xatırladır ki, Formula1 son illərdə çıxan yeni qaydalara və Mercedes AMG komandasının hegemonluğuna görə azarkeş itirir. Bundan başqa tez-tez dəyişən və uğursuz qaydalar idmana olan marağı azaldıb.

Əntoni Dəvidson: “F1 mənfi yönlü reklamlara məruz qalır, amma bolidlər hələ də çox mükəmməldirlər, dünyanın hər yerində insanları cəlb edə bilirlər.

Bəhreyn kimi yerdə belə insanların diqqətini cəlb edə bilirlər. Bəhreyndə həmişə çoxlu adam olur. Bu kiçik adadakı yarışda tribunalarda azarkeşləri görə bilərik. Bu böyük bir şoudur. Məni səhv anlamayın, amma böyük bir şoudur.

WEC-də çempionat əla keçir və olduqca yaxşı atmosfer var. Media da daxil olmaqla, hamı müsbət şeylər danışır. WEC barədə heç kəs pis söz demir. F1 çempionatı WEC-i özünə nümunə götürməlidir.

F1 rəhbərləri bəzən idman barədə elə sözlər deyirlər ki, o sözlərlə Formula1-i məhv edirlər, ancaq F1 hələ də avtoidmanın şahıdır və reallıq budur.

Avtoidmanın inkişaf etməsi Formula1-in uğur qazanmasından aslıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*