Formula1 və Liqui Moly müqavilə bağlayıblar

Tərəflər arasındakı əməkdaşlıq bu il Şpilberqdə keçiriləcək ikinci yarışdan - Ştiriya Qran Prisindən etibarən başlayacaq.

F-1.az xəbər verir ki, alman motor yağı və avtomobillər üçün kimyəvi maddələr istehsalçısı ilə müqavilə üçillik nəzərdə tutulub. Liqui Moly keçən il də bir neçə trasdakı yarışda sponsor olmuşdu, lakin yeni müqavilənin daha qlobal xarakter daşıdığı bildirilir.

Qeyd edək ki, tərəflər bu barədə hələ pandemiya geniş vüsət almağa başlayanda – mart ayında danışıqlar aparmışdılar.  Yaranmış vəziyyət razılığın rəsmiləşdirilməsini bir neçə ay gecikdirib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*