S.Domenikali: “Biz Rəykkönen məsələsini müzakirə etmək istəmirik

Stefano Domenikali Kimi Rəykkönenin son dörd yarışda dörd podium qazanmasına baxmayaraq, finlandiyalı sürücünün gələn il Ferrari-də qalmasına zəmanət olmasını təsdiq […]

Stefano Domenikali Kimi Rəykkönenin son dörd yarışda dörd podium qazanmasına baxmayaraq, finlandiyalı sürücünün gələn il Ferrari-də qalmasına zəmanət olmasını təsdiq etməyib. Britaniyanın Autosport saytının yazdığına görə, Rəykkönenin meencerləri və Skuderiyanın rəhbərliyi müqavilənin vaxtından əvvəl pozulması variantlarını müzakirə edirlər və Domenikali hesab edir ki, məsələ hələ həll olunmayıb…

İtaliya Qran Prisinin finişindən sonra Ferrari komandasının başçısına şayiələrə son qoymağı və Kiminin gələn il komandada qalmasını təsdiq etməyi təklif ediblər, amma Domenikali bildirib: “Biz indi bu məsələni müzakirə etmək istəmirik, çünki məncə, bu indi düzgün olmazdı. Bildiyiniz kimi, finlandiyalı sürücünün gələn il üçün Ferrari ilə müqaviləsi var və bu barədə biz danışa bilərik. Biz onun nəticələrindən razıyıq, çünki o əla çıxış edir, əla yarışır…”

Şayiələrə görə, Rəykkönen McLaren və Brawn GP komandalarından yaxşı təkliflər alıb və müqavilənin vaxtından əvvəl pozulması məsələsi hələ gündəlikdən çıxarılmayıb.

Əgər Kimi Skuderiyadan getsə, bu çoxdan qırmızı formanı geyməyi istəyən Fernando Alonsonun yolunu açacaq.

Rəykkönenin naməlum perspektivlərinə baxmayaraq, Domenikali 2007-ci ilin dünya çempionu haqqında müsbət fikirdədir: “Sözsüz ki, o indi çox sürətlənib, indi o bizim tanıdığımız Kimidir, hansı ki, bizim komandada iki əvvəl debüt edərkən titul qazanmışdı.

Ümid edirəm ki, biz növbəti dörd yarışda da podium qazancayıq. Məncə, Kimi bunu bacarar. Biz həqiqətən başa düşmürük ki, digər komandalardan hansı nəticələri gözləmək olar: əgər belə bir şəraitdə biz qüvvələrimizi səfərbər edə bilsək, biz yüksək nəticələrə ümid edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*