15 Sentyabr 2019, Bazar - 17:49

Yağış Barselonada komandaların işinə mane ola bilər

Yağış Barselonada komandaların işinə mane ola bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:15 - 19 Fevral, 2012

Xeres testlərində günəşli hava komandaların effektiv və məhsuldar işləməsinə şərait yaratmışdı – düzdür, səhərlər soyuq olsa da, ümumən, gün ərzində […]

Xeres testlərində günəşli hava komandaların effektiv və məhsuldar işləməsinə şərait yaratmışdı – düzdür, səhərlər soyuq olsa da, ümumən, gün ərzində vəziyyət ideal olub. Qarşıda komandaları Barselonada ikinci və üçüncü test seriyaları gözləyir və bu dəfə hava proqnozu elə də qənaətbəxş deyil.

Testlər fevralın 21-də başlayacaq, elə həmin gün nahardan sonra yağış gözlənilir – ilkin proqnoza görə yağış səhiri gün davam edəcək. Növbəti dəfə yağışın fevralın 24-də yağması gözlənilir. Dörd gün ərzində havanın +5 dərəcədən +16 dərəcəyədək qızması gözlənilir.

Bazar ertəsi daha dəqiq proqnoz veriləcək. Keçən il də Barselona testlərində yağış yağmışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər
Paylaş

logo