Pirelli Rusiya yarışına sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Rusiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il Soçidə sürücülər Soft və SuperSoft tərkiblərindən istifadə etmişdilər, bu il istehsalçı Medium-u da əlavə gətirəcək. Medium və Soft yarış üçün məcburi elan olunsa da, komandaların seçimindən də görünür ki, Medium aktiv istifadə olunmayacaq.

Güclü komandaların hamısı fərqli seçim ediblər, ən çox SuperSoft dəstini isə Red Bull və Haas sürücüləri sifariş ediblər.

Sürücü Komanda Medium Soft SuperSoft
L.Həmilton Mercedes AMG 1 4 8
N.Rosberq Mercedes AMG 1 4 8
S.Fettel Ferrari 1 6 6
K.Rəykkönen Ferrari 1 6 6
V.Bottas Williams 1 3 9
F.Massa Williams 1 3 9
D.Rikkardo Red Bull 1 2 10
D.Kvyat Red Bull 1 2 10
K.Maqnussen Renault 1 5 7
C.Palmer Renault 1 5 7
N.Hülkenberq Force İndia 1 4 8
S.Peres Force İndia 1 4 8
M.Ferstappen Toro Rosso 1 4 8
K.Sayns Toro Rosso 1 4 8
F.Alonso McLaren 1 5 7
C.Batton McLaren 1 5 7
M.Eriksson Sauber 1 5 7
F.Nasr Sauber 1 5 7
P.Verlyayn Manor 2 5 6
R.Haryanto Manor 2 5 6
R.Qrojan Haas 1 2 10
E.Qutyerres Haas 1 2 10
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*