Red Bull-u yağış testlərində D.Rikkardo və D.Kvyat təmsil edəcək

F-1.az bir neçə gün əvvəl xəbər vermişdi ki, yanvarın 25-də və 26-da Fransanın Pol Rikar trasında Pirelli şirkəti yağış təkərlərinin testini keçirəcək. Pirelli-nin mətbuat xidməti tərəfindən o da bildirilirmişdi ki, testlərdə Ferrari, Red Bull və McLaren komandaları iştirak edəcəklər.

Bu gün isə Red Bull komandasını testlərdə təmsil edəcək pilotların adına aydınlıq gəlib. Hollandiyanın GPUpdate nəşri Red Bull-u testlərin ilk günündə Daniel Rikkardonun, ikinci günündə isə Daniil Kvyatın təmsil edəcəyini bildirib. Bu məlumat komandanın mətbuat xidməti tərəfindən  təqdiqlənib.

McLaren komandası bir müddət əvvəl sözügedən testlərdə Stoffel Vandornun iştirak edəcəyini demişdi. Qeyri-rəsmi məlumatlara görə, Ferrari-ni Esteban Qutyerres təmsil edəcək.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*