X.Algersuari: “Xal qazanmağa şadam”

Toro Rosso komandası daha bir yarışda xal toplamağa müyəssər olub, bu dəfə də çempionatın ən gənc sürücüsü Xayme Algersuari fərqlənib. […]

Toro Rosso komandası daha bir yarışda xal toplamağa müyəssər olub, bu dəfə də çempionatın ən gənc sürücüsü Xayme Algersuari fərqlənib. Yarışın gedişində pit-leyndən keçməklə cərimələnən Xayme finiş xəttinin onuncu keçə bilib…

Xayme Algersuari: “Mən xal qazanmağa çox şadam, hərçənd, yarış çətin alındı – pit-stopda təkər qaykasına görə ləngidim və Çandhokla toqquşmaya görə cərimə aldım. ərçənd, səhvlər də yarışların bir hissəsidir. Yaxşı ki, mən əla start almışdım, bir çox rəqiblərimi qabaqlamışdım, yalnız bu halda yaxşı nəticəyə ümid etmək olur. Məndən yavaç olan maşınları qabaqlamaq isə olduqca çətin idi, onlar mənə yol verməyə hazırlaşmırdılar. Mən onuncu yerdən razıyam, hərçənd, daha yaxşı çıxış edə bilərdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

X.Algersuari: “Xal qazanmağa şadam!”

Mövsümün üçüncü mərhələsi Toro Rosso komandası üçün uğurlu alınıb: Xayme Algersuari finişi doqquzuncu keçməklə Formula1-də ilk xallarını qazanıb, Sebastyen Buemi […]

Mövsümün üçüncü mərhələsi Toro Rosso komandası üçün uğurlu alınıb: Xayme Algersuari finişi doqquzuncu keçməklə Formula1-də ilk xallarını qazanıb, Sebastyen Buemi isə ilk onluğun bir addımlığında dayanıb…

Xayme Algersuari: “Məb bu gün xal qazanmağa şadam! Etiraf etməliyəm ki, mövsümün əvvəlində belə bir qəhrəmanlığa ümid etmirdim – komandaya minnətdaram ki, gərgin işləyərək belə bir nəticə əldə edib. Mən tədricən inkişaf edirəm, amma bu yarış bizim üçün çətin oldu, çünki mən bu trası heç tanımırdım.

Yarış isə əla keçdi – məncə, Melburnda son dövrələrdə Mixael Şumaherlə mübarizə mənə çox şeyi öyrətdi! Finişə yaxın arxa təkərlərin yeyilməsi məni narahat edirdi, amma yeyilmə minimal oldu. Əla nəticə oldu və mən səbirsizliklə növbəti yarışı gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*