Williams maşının etibarlılığından razıdır

Quru trasda tam işləmək imkanı olmayan Williams sürücüləri Xeresdə maşının və Cosworth motorlarının etibarlılığını yoxlamaq üzərində çalışıblar. Testlərin ilk günü […]

Quru trasda tam işləmək imkanı olmayan Williams sürücüləri Xeresdə maşının və Cosworth motorlarının etibarlılığını yoxlamaq üzərində çalışıblar. Testlərin ilk günü Niko Hülkenberq günün ən böyük məsafəsini qət edib – 118 dövrə, dünən isə Rubens bu məsafəni daha iki dövrə artırıb. Kiçik problemlər yaransa da, onlar operativ həll olunub və əgər bu gün tras quru olarsa, komanda optimal sazlanmaların axtarışı ilə məşğul olacaq…

Rubens Barrikello: “Quru trasda sazlanmalarla işləmək olar, yağış altında isə biz bütün diqqətimizi etibarlılığının yoxlanmasına yönəltdik, indi isə sürət ehtiyatını axtarmaq lazımdır. Dünən mən 120 dövrə qət etdim və bundan sonra problemsiz böyük məsafə qət etmiş motoru dəyişdik.

Dünən biz bilirdik ki, yağış yağacaq, ona görə də az yanacaqla işləməyə bilmədik, amma deməliyəm ki, dolu yanacaqla maşının süərtindən çox razıyam.

Dünən yerində fırlanmağım? Trasda su çox idi, təkər isə tam yeyilmişdi və mən fırlandım. İlişmə muftası yaxşı işləmədi, maşın porebrikin üzərinə çıxdı və mən onu fırlanmadan saxlaya bilmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*