Williams maşınlarına Renault motorları qoyula bilər

Renault şirkəti bu il üç komandanı motorlarla təchiz edir – Red Bull, Lotus Renault GP və Team Lotus. Çox güman […]

Renault şirkəti bu il üç komandanı motorlarla təchiz edir – Red Bull, Lotus Renault GP və Team Lotus. Çox güman ki, gələn il müştərilərin sayı dörd olacaq – şirkət Williams komandası ilə danışıqlar aparır, komanda Cosworth motorlarından imtina etmək fikrindədir. Renault Sport-un icraçı direktoru Jan Fransua Kobe danışıqları təsdiq edib…

Jan Fransua Kobe: “Williams-la danışıqlar başlayıb, həm də yalnız onlarla deyil. Bizim məqsədimiz gələn il dördüncü müştərini almaqdır, amam bunun üçün komandaların arzusundan əlavə FİA-nın da dəstəyi lazımdır.

Motor təchizatçısının dəyişməsi ehtimalını Williams-ın səhmdarı Toto Volff da etiraf edib: “Biz çoxdan bilirik ki, Cosworth motorları istədiyimiz kimi effektiv deyil, məsələn, Mercedes motorları ilə müqayisədə, amma bu bizim problemlərin ən kiçiyidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*