10 Dekabr 2018, Bazar ertəsi - 22:24

J.Vilnöv: “Pilotlar səslərini kəsməlidirlər”

J.Vilnöv: “Pilotlar səslərini kəsməlidirlər”

Müəllif: Rauf Hacıyev, redaktor

19:47 - 10 Aprel, 2016

Sabiq Formula1 sürücüsü Jak Vilnöv Formula1-i tənqid edən sürücülərə sərt cavab verib…

F-1.az xatırladır ki, Formula1 sürücüləri son vaxtlar idmanın hazırkı vəziyyəti barədə tənqidi fikirlər səsləndirirlər. Bəzi mütəxəssislər pilotları buna görə tərifləsə də, bəziləri də tənqid edir.

1997-ci ilin dünya çempionu Jak Vilnöv bildirib ki, sürücülər az danışmalıdırlar: “Sürücülərin şikayət etməsi Formula1 üçün qorxulu haldır.

Bu, onların problemi deyil. Onlar sadəcə az danışmalıdırlar. Şounun yaxşı və ya pis olması onların problemi deyil.

Onlar sadəcə öz işlərini görməlidirlər. Şagirdlər məktəbdə təhsil barədə qərar qəbul edə bilər? Əlbəttə, yox. Bu 20 nəfərlik bir qrupdur. Bunlardan ikisini kənara çəkin, qalanları az danışmalıdırlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 425
Teqlər ,
Paylaş

logo