18 Noyabr 2019, Bazar ertəsi - 15:03

Çinlilər Formula1-ə gəlirlər

Çinlilər Formula1-ə gəlirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:38 - 16 Fevral, 2013

2013-cü ildə əfsanəvi “Lə Manın 24 saatı” marafonunda ilk dəfə Çini Honqkonqun KC Motorgroup (KCMG) komandası təmsil edəcək. Bundan başqa, […]

2013-cü ildə əfsanəvi “Lə Manın 24 saatı” marafonunda ilk dəfə Çini Honqkonqun KC Motorgroup (KCMG) komandası təmsil edəcək. Bundan başqa, komanda yeni Asiya Lə Man (AsLMS) seriyasında da çıxış edəcək. Komandanın başçısı Pol İpin fikrincə, KCMG-nin növbəti addımı Formula1-ə keçiddir.

Məhz buna görə də çinlilər LMP2 sinfinin Morgan maşınını əldə ediblər. Onun təkmilləşdirilməsini Fransanın Onroak Automotive konstruktor bürosu ilə birlikdə həyata keçirəcəklər, komandanın əsas sürücüsü isə hazırda Şanxayda yaşayan isveçrəli Aleksandr İmperatori olacaq…

Pol İp: “Mən KC Motorgroup komandasını iddialı məqsədlərimi reallaşdırmaq üçün təsis etmişəm – biz Formula1-də ilk Çin komandası olmalıyıq. Bütün dünyadakı əməkdaşlarımızın səyləri sayəsində biz bu məqsədə addım-addım yaxınlaşırıq. Bu il biz “Lə Manın 24 saatı” yarışında çıxış etməyi planlaşdırırıq və bu əla imkandır. Yaxın gələcəkdə komanda öz maraqlarını Avropada və bütün dünyada genişləndirəcək.”

KCMG komandası Asiya regionunda çox məşhurdur və bir çox populyar seriyalarda – Yaponiyanın Formula3, Nippon Formulası və Super GT, Çinin Pilota Formulası, Lamborghini Super Trofeo Asia və Makao Qran Prisində çıxış edir. İki il əvvəl İp Cosworth V10 motoru quraşdırılmış ikiyerli Minardi maşınını alaraq, sürət həvəskarlarını “gəzdirir”…

kcmg-2
kcmg-3


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 500
Teqlər , , , , , , , , ,
Paylaş

logo