FİA–Renault araşdırması: İlk təfərrüatlar

Biz xəbər vermişdik ki, FİA rəsmən keçənilki Sinqapur Qran Prisinin 14-cü dövrəsində baş vermiş insidentin araşdırılmasına başlayıb. O mzan 17-ci […]

Biz xəbər vermişdik ki, FİA rəsmən keçənilki Sinqapur Qran Prisinin 14-cü dövrəsində baş vermiş insidentin araşdırılmasına başlayıb. O mzan 17-ci döngənin çıxışında Nelsinyo Pike maşınını divara çırpmışdı və trasa çıxan Təhlükəsizlik Maşını pit-stopunu yenicə yerinə yetirmiş Fernando Alonsoya böyük üstünlük qazandırmışdı. Fernando həmin yarışda qalib gəlmişdi, mətbuat isə Nelsinyonun qəzasının Renault üçün ən əlverişli anda baş verməsindən yazmışdı, amma komanda sürücüsünə maşını divara çırpmağı əmr edə bilərdimi?

Braziliyanın Globo telekanalı hesab edir ki, edə bilərdi, bazar günü Belçika Qran Prisinin yayımı zamanı şərhçi Recinaldo Leme bildirib ki, FİA “yeni sübutlar üzə çıxdığı üçün” araşdırmaya müstəqil ekspertləri cəlb edib. Məlumatın mənbəyi kimi Nelsinyo Pikenin adı çəkilmir, amma efirdə söhbət federasiyanın “Briatoreninin günahının sübutunun” əsaslı dəlillər əldə etməsindən gedib.

FİA-nın bütün zəruri materialları var, o cümlədən, komandanın yarış zamanı sürücülərlə danışıqlarının yazısı da.

Bəziləri hesab edirlər ki, araşdırma siyasi xarakter daşıyır və Maks Mosli Flavio Briatoredən FİA-FOTA qarşıdurmasındakı aktivliyinə görə qisas alır, bəziləri isə bu araşdırmada yalnız idman motivləri görürlər, amma istənilən halda qalmaqal davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*