Renault motorlarının zəfəri

Əgər Çində ilk üçlüyün maşınında Mercedes motorları çalışırdısa, Bəhreyndə finişdə ilk dördlüyü qazanmış sürücülər Renault motorlarından yararlanıblar. Fransa motor ustalarının […]

Əgər Çində ilk üçlüyün maşınında Mercedes motorları çalışırdısa, Bəhreyndə finişdə ilk dördlüyü qazanmış sürücülər Renault motorlarından yararlanıblar.

Fransa motor ustalarının tarixində sonuncu dəfə belə hal 1997-ci ildə Lüksemburq Qran Prisində baş vermişdi – o zaman ilk dördlüyü Jak Vilnöv (Williams), Jan Alezi (Benetton), Haynst Harald Frentsen (Williams) və Gerhard Berger (Benetton) tutmuşdular.

Remi Taffen, Renault Sport-un yarış briqadasının başçısı: “Biz fantastik yarış gördük, finişdə isə Renault RS27 motorlarının zəfərinin şahidi olduq. 2010-cu ilin Monako Qran Prisindən sonra ilk dəfə bütün podium bizim motorlardan ibarət idi, ilk dördlük isə on beş illik rekordu təkrarlayıb.

Bəhreyn yarışı bütün motorlar üçün ağırdır. Tozlu və quru hava təkərlərin tez yeyilməsi isə yanacağın sərfini dəqiq hesablamaya imkan vermir. Bazar günü hava bir qədər mülayim idi, səhər hətta kiçik yağış da yağmışdı.

Arxada qalan yarış isə motorun yüklənməsi baxımından mövsümdə ən çətin yarışlardan biridir. Finişdəki uğurumuz isə Viri bazasında əməkdaşların gərgin əməyinin nəticəsidir.

Caterham komandasının maşınları da yaxşı temp nümayiş etdirdilər, Heykki sıralanma turunda ikinci sessiyaya keçmişdi, Petrov isə yarışda Toro Rosso ilə mübarizə aparırdı. Təssüf ki, Heykkinin startda bəxti gətirmədi, amma komanda inamla inkişaf edir və maşının təkmilləşdirməsini davam etdirir.

Təəssüf ki, Williams-Renault alyansının yubiley 150-ci yarışı uğursuz başa çatdı, hər iki maşın yüksk sürət nümayiş etdirsə də, finiş görə bilmədilər.

İspaniya Qran Prisinə üç həftə var, qarşıdan Mucello testləri gəlir, ona görə də bizim bu uğuru bərkitmək imkanımız var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*