E.Okon başqa seriyalara gedə bilər

Esteban Okon gələn il də özünə komanda tapa bilməsə, Formula1 karyerasını bitirəcək.

F-1.az xatırladır ki, fransalı sürücü 2016-cı ildə Manor komandası ilə Formula1-də debüt edib və 2017-ci ildə Force İndia komandasına keçib. Burada iki mövsüm qalan Okon 2018-ci ilin sonunda komandadan göndərilib. 22 yaşlı sürücü bu il Mercedes komandasının test sürücüsü olacaq.

Esteban Okon: “Bu mövsüm yarışmamaq yaxşı hal deyil. Amma hələ də Formula1-ə fokuslanmışam. Amma 2020-ci ildə komanda tapa bilməsəm, başqa sahələrə fokuslanacam. Çünki yarışmaq istəyirəm. Bütün yarışlara gedəcəm. Göz qabağında olmalıyam. Bütün məlumatları toplayacam, çünki qayıdanda hazır formada olmalıyam. Formula1-də gələcəyi proqnozlaşdırmaq mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*