S.Vandorn da Honda-nı tənqid edib

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, çox dövrə vura bilmədikləri üçün problemləri tapa bilmirlər.

F-1.az xatırladır ki, MCL32 dünən iki dəfə mühərrik probleminə görə dayanıb. Buna görə də komanda testlərin son saatında trasa çıxa bilməyib. Beləliklə, Vandorn testlərin 7-ci gününü 48 dövrə vuraraq bitirib.

Stoffel Vandorn: “Yarış tempində gedə bilmirik və bu problem performansımızı baltalayır. Yarış tempində getmək həmişə vacibdir. Ard-arda dövrələrdən sonra çox şey kəşf edirsiniz. Boliddə isə kəşf edilməmiş problemlər var. Atdığımız dövrələr məhv oldu. Bilmirik ki, 50 və ya daha çox dövrəni necə vuraq.

Son iki il bizim üçün çətin keçdi, amma biz inkişaf edə bildik. Bu cəsarətvericidir. Hamı buraya bizim inkişafımızı görməyə gəlib. Hazırda gözlənilməz problemlərlə üzləşmişik və ideal deyil. Amma olan-olub və heç nə eləmədən otura bilmərik. Çox işləməli və hamını doğru istiqamətə yönləndirməliyik. Şassi və mühərrik cəhətdən performansımızı artırmışıq. Hələ görüləcək iş çoxdur. Digər komandalara qarşı harada olduğumuzu görmək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*