E.Bulye: “Vandorn təzyiq altında deyil”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Stoffel Vandorn yaxşı çıxış edir və özünü təzyiq altında hiss etmir.

F-1.az xatırladır ki, belçikalı sürücü bolidindəki problemə görə Bəhreyn yarışında start ala bilməmişdi.

Erik Bulye: “Stoffel bilir ki, ona güvənirik və buna görə də özünü təzyiq altında hiss etmir. Onun nəyə qadir olduğunu bilirik və hörmət edirik. Hər yarış bunları təkrarlamasa da olar. Hazırda ondan güclü performans gözləmək doğru olmaz.

Bəhreyn testləri bizim üçün çox gözəl keçdi və ümidləndirdi. Ümid edirəm ki, daha da güclənərək, gözəl işlər görməyə davam edərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*