S.Vandorn: “Cəzalara öyrəşməliyik”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Rusiya yarışında aldığı cəzasına görə təəccüblənməyib və əlavə edib ki, bu hala öyrəşməlidir.

F-1.az xatırladır ki, belçikalı sürücü Rusiya yarışında bu mövsüm 5-ci güc qurğusuna keçdiyi üçün startda 15 yer itirmişdi.

Stoffel Vandorn: “Bundan sonra cəzaları normal qarşılamalıyıq. Komanda olaraq çətin prosesdən keçirik. İlk məqsədimiz yarışları bitirməkdir. Buna görə də məyusuq. Bundan sonrakı yarışlarda böyük ehtimalla yer itirmək cəzaları alacağıq. Artıq hər şeydə son həddəyik. Ümid edirəm ki, qısa müddət ərzində işləri qaydasına qoya bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*