E.Bulye: “Vandorn Alonsodan geri qalmır”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Stoffel Vandorn indiyə kimi təcrübəli komanda yoldaşı Alonso ilə başa-baş mübarizə apara bilib.

F-1.az xatırladır ki, Alonso bu mövsüm bütün sıralanma turu sessiyalarında Vandornu qabaqlayıb. İspaniyalı sürücü yarışlarda da komanda yoldaşından daha güclü performans göstərib.

Erik Bulye: “Vandorn bolidlə bağlı çoxlu problem yaşadı və ən yaxşı performansını Bəhreyn testlərinin son günündə göstərə bildi. Onun nəticələrini diqqətlə izləyirik. İndiyə qədər əla sürüb və Alonso ilə yarışa bilib. Fernandodan pis və ya yaxşıdır deyə bilmərəm, amma lazımi qədər yaxındır. Sadəcə problemsiz həftəsonuna ehtiyacı var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*