F.Alonso: Həftəsonu bitdi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, həftəsonu onun üçün artıq bitib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışına başlaya bilməyib. Komanda onu boksa qaytarıb və o, yarışa pit yolundan başlayıb. Lakin bir dövrədən sonra mübarizəni dayandırıb.

Fernando Alonso: “Startdan beş dəqiqə əvvəl boliddə hər şey kəsildi və işlədə bilmədik. Xarici batareya ilə bolidi işə salmaq istəsək də, alınmadı. Sabaha qədər problemi həll etməyə çalışacağıq.

Belə görünür ki, həftəsonu bizim üçün bitdi. Burada drs qatarı olur və ötmə çətinləşir. Bu il təcrübəmin hesabına performansımın zirvəsindəyəm. Problemlər yaşamasaydım, indi 60-70 xalım var idi. Qəribə mövsümdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*