Raymon Vermölen: “Məqsədimiz bu macəranı Red Bull ilə birlikdə sona çatdırmaqdır. Red Bull-un və Ferstappenin ruhu bir-birinə yaxşı uyğun gəlir. Amma bizə liderlik uğrunda mübarizə aparmağa imkan verən maşın lazımdır. Bu həmişə prioritet olub. Maks orta qrupda mübarizə aparmaq üçün anadan olmayıb.
Maşının sürətinə diqqət yetirməyə vaxtımız var. Bu, getməyimizə və ya qalmağımıza heç bir aidiyyəti yoxdur. Razılaşmalarımız var və biz onlara əməl edəcəyik. Sadiqlik hər iki tərəf üçün həmişə bizim çıxış nöqtəmiz olub. Amma nəticədə vacib olan qələbələr uğrunda mübarizə aparmaq imkanına malik olmaqdır”.





