M.Ferstappen Red Bull-dan ayrılır?

Maks Ferstappenin atası Yos bildirib ki, oğlu Red Bull-dan ayrıla bilər.

F-1.az xatırladır ki, Red Bull komandası bu il Ferstappenlə iki dəfə podium qazansa da, Mercedes-dən çox zəifdirlər.

Yos Ferstappen: “Hazırda Maksın Red Bull-da qalması yaxşıdır. Amma prosesləri diqqətlə izləyirik. Bu il komandanın daha güclü olacağını düşünmüşdük. Amma Mercedes-in mühərriyi və bolidi daha güclüdür. Belə davam eləsə, Maks bu il bir yarış belə qazana bilməyəcək. Növbəti illərdə nələr edəcəyimizi düşünməliyik”.

, ,