Vavls: Williams Mercedes-in törəmə komandası olmayacaq

Ceyms Vavlsın Williams komandasının rəhbəri təyin edilməsi ilə bağlı açıqlamasına Mercedes-in rəhbəri Toto Volffun şərhi də daxil idi.

F-1.az xəbər verir ki, ekspertlər bu şərhi komandalar arasında gələcək əməkdaşlığın və Williams-ın Mercedes-dən asılılığının əlaməti kimi dəyərləndiriblər, Ceyms növbəti dəfə bu şayiələri təkzib edib.

Ceyms Vavls: “Williams tamamilə müstəqil komandadır, uğurumuz Mercedes-dən deyil, işimizin nəticələrindən asılıdır. Bu, o demək deyil ki, biz müxtəlif sahələrdə əməkdaşlıq etməyəcəyik – əvvəllər də belə idi, amma indi yeni komandamla daha çox şeyə nail olmaq mənə tam həvalə olunub.

Yeni komandanızın formasını geyindikdən sonra, onunla işləməyə köklənirsiniz, çünki ümumi uğurunuz ondan asılıdır. Williams Mercedes-in törəmə komandası olmayacaq, biz öz uğurumuzun sahibləriyik və onu özümüzə tərəf çevirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*