C.Vavls: Yeni texniki direktor tezliklə gələcək

Williams komandasının rəhbəri Ceyms Vavls bildirib ki, tezliklə yeni texniki direktorularının adını açıqlayacaqlar.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi dekabr ayında Fransua-Ksavye Demezon ilə yollarını ayırdıqdan sonra hələ də texniki direktor cəlb etməyib. Komanda bu yerə ən layiqli namizədi gətirmək istəyir. Buna görə də gözləmə mövqeyindədirlər.

Komandanın britaniyalı rəhbəri Ceyms Vavls bildirib ki, Demezonun yerinə gələcək mütəxəssisi çoxdan tapıblar və tezliklə Williams komandası bu barədə açıqlama verəcək: “Texniki direktorla bağlı bunları deyə bilərəm: Komandaya qoşulandan əsas hədəfim odur ki, komanda düzgün yolda irəliləsin və doğru addımlar ataraq, böyüyək. Buna görə də düzgün texniki heyəti qurmalıyıq.

İlin sonuna qədər yeni transferlərlə komandanın necə dəyişəcəyini görəcəksiniz. Amma hazırda daha çox detallara girə bilmərəm, çünki bu komanda üçün çox vacibdir. Əslində xəbərəri tezliklə eşidəcəksiniz, amma bu gün yox”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*