V.Bottas: “Həzz aldım”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komanda inkişaf edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turu ərzində əla performans göstərib və karyerasında ilk dəfə Albert Parkda birinci cərgəni tutub.

Valtteri Bottas: “Son sessiyadakı ilk cəhdimdən razıyam. Heyif ki, bəs eləmədi. Son cəhdimdə birinci sektorda problem yaşadım. Amma nəticəyə baxmayaraq, həzz aldım. Yarışı səbirsizliklə gözləyirəm. Təbii ki, poul qazanmaq istəyərdim. Sabah yarışa ilk cərgədən başlayacam. Onu da deyim ki, çətin keçən qış testlərindən sonra bolidi təkmilləşdirə bilmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*