B.Ekklstoun: “Mercedes AMG-nin hegemonluğunu görmək istəmirəm”

Formula1-in rəhbəri Berni Ekklstoun 2016-cı ildə də Mercedes AMG-nin hegemonluğundan qorxur...

F-1.az xatırladır ki, Mercedes AMG komandası 2014-cü və 2015-ci illərdə həm pilotlar çempionatında, həm də mühəndislər çempionatında titul qazanıblar.

Ancaq Formula1 mütəxəssisləri 2016-cı ildə Ferrari komandasının güclənməsini və çempionluq uğrunda mübarizə aparmasını gözləyirlər.

Berni Ekklstoun yeni mövsüm barədə danışıb: “Ümid edirəm ki, Ferrari layiq olduğu yerə qayıdar. Beləliklə, çempionluq uğrunda gərgin mübarizə gedəcək. Bu sözlər Red Bull komandasına da aiddir.

Əgər böyük dəyişiklik olmasa, Mercedes AMG-nin hegemonluğu davam edəcək.

Niko keçən ilin sonunda 3 qələbə qazandı və bu ildə ideal formada olacaq.

Həmilton və Rosberq bir-biri ilə mübarizə aparsa, yaxşı olar. Bəlkə də Rosberq artıq özünə daha çox güvənir. Amma mövsüm başlamadan proqnoz vermək olmaz. Hazırda pulumu hər hansı sürücünün qələbəsinə qoya bilmərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*