14 Oktyabr 2019, Bazar ertəsi - 07:36

T.Volff: “Bottas stilini dəyişməlidir”

T.Volff: “Bottas stilini dəyişməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 25 İyun, 2019

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottas komanda yoldaşı Həmiltonla mübarizə aparmaqçün stilini dəyişməlidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən il yarış qazana bilməsə də, bu ilə yaxşı başlamış və ilk 4 yarışda iki qələbə qazanmışdı. Lakin Bottas son qələbəsini Bakıda qazanıb və 4 yarışdır ki, qələbə üzünə həsrətdir. Həmilton isə son 4 yarışı qazanaraq, komanda yoldaşını 36 xal qabaqlayıb.

Toto Volff: “Son yarışlarda yaxşı start alsaydı, ən az ikisində qalib gələrdi. Buna görə də pozitivəm. Bottas yaxşı həftəsonu keçirsə, fərqi bağlaya bilər. Valtterinin sıranma turundakı tempi yaxşıdır. Məncə, keçən ildən sonra özünü təkmilləşdirdi. Amma hələ də təkərlərə yaxşı nəzarət edə bilmir. Bu sahədə inkişaf etməlidir. Arxa təkərlərə güc düşməyən traslarda Lyuislə mübarizə apara bilər. Bir də stilini dəyişməlidir. Bu, sürücülər üçün asan iş deyil. Ancaq Valtteri bunu bacarar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 101
Teqlər , ,
Paylaş

logo