Əbu Dabi-2020: İkinci sərbəst yürüşlər

Yas Marinada ikinci məşqlər sıralanma turu və yarışla eyni saatlara təsadüf etdiyindən, ən faydalı hesab olunur. Komandalar təkərlərin səmərəliliyinin qiymətləndirilməsi üzərində işləyiblər.

F-1.az bildirir ki, sessiya 2021-ci ilin təkər testləri ilə başlayıb. Sürücülərə C4 tərkibləri paylanıb. Onlara ən azı 8 dövrə vurmaq və məlumatları Pirelli-yə ötürmək tapşırılıb. Daha sonra komandalar ənənəvi proqramlarına keçiblər.

Sürücülər kiçik səhvlər etsə də, geniş qaçış zolaqları ciddi qəzaların qarşısını alıb. İlk məşqlərdə olduğu kimi, bu dəfə də yoldan tam çıxma hallarına görə ləğv edilən nəticələr olub.

Sessiya 73-cü dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Rəykkönenin avtomobili alovlanıb. Sürücü özü də yanğınsöndürənlərə kömək edib. Maşın təxliyə edildikdən sonra məşqlər davam edib.

Rassellin maşınında da MGU-K problemi olub. Həmiltonun motoru pit yolunda sönsə də, yenidən işə düşüb.

Protokollara Valtteri Bottas başçılıq edib – 1:36.276. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:36.276 27
2 44 Lyuis Həmilton Mercedes AMG 1:36.479 + 0:00.203 30
3 33 Maks Ferstappen Red Bull 1:37.046 + 0:00.770 30
4 23 Aleksander Elbon Red Bull 1:37.263 + 0:00.987 32
5 4 Lando Norris McLaren 1:37.438 + 0:01.162 28
6 31 Esteban Okon Renault 1:37.505 + 0:01.229 29
7 11 Serxio Peres Racing Point 1:37.506 + 0:01.230 35
8 16 Şarl Lekler Ferrari 1:37.508 + 0:01.232 31
9 3 Daniel Rikkardo Renault 1:37.508 + 0:01.232 28
10 18 Ləns Stroll Racing Point 1:37.560 + 0:01.284 28
11 26 Daniil Kvyat AlphaTauri 1:37.596 + 0:01.320 31
12 55 Karlos Sayns McLaren 1:37.616 + 0:01.340 30
13 10 Pyer Qasli AlphaTauri 1:37.900 + 0:01.624 32
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:38.068 + 0:01.792 28
15 5 Sebastyan Fettel Ferrari 1:38.198 + 0:01.922 31
16 20 Kevin Maqnussen Haas 1:38.504 + 0:02.228 33
17 99 Antonio Covinatsi Alfa Romeo 1:38.564 + 0:02.288 30
18 63 Corc Rassell Williams 1:38.817 + 0:02.541 24
19 51 Pyetro Fittipaldi Haas 1:39.027 + 0:02.751 25
20 6 Nikolas Latifi Williams 1:39.132 + 0:02.856 30
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*