V.Bottas: Səhv eləmək olmaz

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bu mövsüm xırda səhv belə baha başa gələ bilər.

F-1.az xatırladır ki, mövsüm iyulun 5-də Avstriya yarışı ilə başlayacaq. Bəzi iddialara görə təqvim 15 yarışdan ibarət ola bilər.

Valtteri Bottas: “Mövsün qısa olduğu üçün çox xüsusi olacaq. Buna görə də edəcəyiniz xırda səhv belə əvvəlki mövsümlərə nisbətən sizə baha başa gələ bilər. Buna görə də stabillik çox vacibdir”.