13 Dekabr 2018, Cümə axşamı - 17:47

V.Bottas: “Bir-İki döngədə daha yaxşı ola bilərdim”

V.Bottas: “Bir-İki döngədə daha yaxşı ola bilərdim”

Müəllif: Rauf Hacıyev, redaktor

11:59 - 06 Oktyabr, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas komandasının işindən razı olsa da, öz performansından narazı qalıb.

F-1.az xatırkadır ki, finlandiyalı sürücü Yaponiyada sıralanma turunda ikinci olub.

Valtteri Bottas: “Gördüyümüz işlə fəxr etməliyik. Bütün qərarlarımız doğru idi və hamı sakit idi. Kənardan qəribə görünsə də, sessiya qarışıq keçdi, amma bütün komanda sakit idi. Planımıza sadiq qaldıq və doğru qərar verdik.

Bir neçə döngədə daha yaxşı iş görə bilərdim. Görək sabah necə olacaq. Birinci sessiyada yaxşı idim. İkinci sessiyada sürətli idim. Son sessiyada isə ən yaxşı dövrəmi vura bilmədim. Amma sıralanma turundan həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər
Paylaş

logo