V.Bottas: Günah Rasseldə idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas İmola yarışındakı qəzaya görə Corc Rasseli tənqid edib.

F-1.az xatırladır ki, iki sürücü ilk döngədə təmas yaşayıblar və bunun nəticəsində qəza olub. Bolidlərin hər ikisi də ciddi zədə alıb və qırıntılar trasa tökülüb. Buna görə də yarış qırmızı bayraqlarla dayandırılıb.

Lakin təkrara baxanda Rasselin rəqibinə hücum edərkən idarəetməni itirdiyi və rəqibinə çırpıldığı görünür. Amma hər iki sürücü də komanda radiosundan bir-birlərini günahlandırıblar. Qəzadan sonra Rassell rəqibinin yanına gedib. Bottas isə ona orta barmağını göstərib.

Valtteri Bottas: “Onu düzlükdə görə bilirdim. Daha sonra sağa keçdi. Təkrardan da gördüyünüz kimi ona ikimaşınlıq yer qoydum. Amma idarəetməni itirdi və mənə çırpıldı. Daha sonra isə yarış bitdi. Ciddi zərbə alsam da, yaxşıyam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*