V.Bottas: Həmilton inanılmaz idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmilton Braziliyada inanılmaz performans göstərib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda Ferstappen və Serxio Peres onu keçib. Lakin virtual maşını rejimindəj pitə gələn Bottas yenidən Peresi qabaqlayıb.

Valtteri Bottas: “Statr və ilk dövrəyə görə məyusam. Ancaq əlimdən gələni etdim. Daha sonra tempim yaxşı idi. Startda düşünürdüm ki, tək pit-stopla yarışı rahatlıqla bitirərik, amma daha sonra iki pit-stopa qərar verdik.

Red Bull-dan çox xal qazandığımız üçün xoşbəxtəm Məncə, Lyuis inanılmaz sürdü. Virtual təhlükəsizlik maşını mənim üçün yaxşı vaxtda çıxdı. Bunun hüsabına yaxşı xallar qazandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*