US F1-in sərmayədarları və Campos rəhbərliyi danışıqları davam etdirirlər

US F1 komandasının sponsorlarının Campos komandasına keçməsi imkanları üzrə danışıqlar keçən uik-end də davam edib, çox güman ki, hazırda US […]

US F1 komandasının sponsorlarının Campos komandasına keçməsi imkanları üzrə danışıqlar keçən uik-end də davam edib, çox güman ki, hazırda US F1-lə müqaviləsi olan Xose Mariya Lopes Bəhreynə Campos-un sürücüsü kimi gələcək. Amma sürücünün meneceri Felipe MakQof Cardena 3 Cordoba-ya müsahibəsində bildirib ki, hələlik bu barədə razılıq əldə olunmayıb…

Felipe MakQof: “Son danışıqlar düz altı saat davam etdi – US F1-in sərmayədarları Campos rəhbərliyi ilə iki komandanın birləşməsi və Xose Mariya Lopesin yeni komandanın sürücüsü olması məsələsini müzakirə edirdilər. Hələlik bu məsələlərdə razılıq əldə olunmayıb və indi zaman bizim əleyhimizə işləyir, amma bu danışıqlar sürücünün gələcək taleyini həll etməlidir.”

Lopesin sponsor paketi 6 milyon dollardan ibarətdir ki, bunun 2 milyon dollarını Argentina hökuməti ödəyəcək – Campos üçün belə bir məbləğin böyük əhəmiyyəti var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*